Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və Azərbaycan müəyyən dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar olaraq Azərbaycan mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək zorunda qalmışdır. 1990-cı illərdə respublikada hasil olunan (1998-ci ildə 5589,5 min m³) qaz onun ehtiyaclarından aşağı miqdarda idi. Yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi.
Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. “Köhnə qitə”nin təbii qazla təminatına böyük töhfələr verən republikamız artıq bu gün özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyir.
Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin (CQD) Avropa hissəsi olan Trans–Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr təşkil edir. Hazırda TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini (məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər) nəzərdən keçirir.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 kilometrdir. Bunun isə 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.
Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 32 mlrd. kubmetrə çatdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şimalı Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə məlumat verilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Azərbaycanın enerji dəhlizlərinin yaradılması istiqamətində strateji rolundan bəhs edərək ölkəmizin Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasına dair dialoqa töhfə verməyə hazır olduğunu bildirib. İclasda bərpa olunan enerjidən istifadənin inkişafı və ixrac planları haqqında məlumat verilib, “Xəzər – Qara dəniz – Avropa”, “Azərbaycan – Mərkəzi Asiya –Avropa”, “Azərbaycan – Türkiyə –Avropa” və “Azərbaycan – Gürcüstan –Türkiyə – Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin reallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”.
Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlət başçısı qeyd edib: Bu gün Azərbaycan qazı bir çox Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir, əhəmiyyətlidir və mən ümid edirəm ki, bu praktiki işdən başqa da əməkdaşlığa çıxaracaq.
Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü