12 mart 2025 14:54
106

Almaniya əfqan qaçqınları döyüşmək üçün UKRAYNAYA GÖNDƏRİR?

Almaniya hakimiyyəti ukraynalı döyüşçülərin sıralarını Əfqanıstandan gələn qaçqınlarla artırmaqla məşğuldur.

“İki sahil” xəbər verir ki,  məlumatlı mənbənin RT-yə verdiyi məlumata görə, onlar Ukraynanın ərazi müdafiəsi üzrə “Beynəlxalq legion”a qoşulmağa məcbur edilirlər. Cinayət ittihamı ilə saxlanılan təxminən 2,3 min qaçqın öz ölkələrinə ekstradisiya olunmaqla hədələnir.

Bir sıra alman təhlükəsizlik ekspertləri bu cür işə qəbulun qəti əleyhinədir. Onların proqnozlarına görə, əksəriyyəti radikal islamçı ideyaların tərəfdarı olan əfqan qaçqınların NATO-nun sürətləndirilmiş hərbi təlim kurslarına göndərilməsi Almaniya üçün potensial terror risklərini kəskin şəkildə artırır.

Əsgərlərin bəziləri müqavilə müddəti bitdikdən sonra silah və partlayıcı maddələrlə işləmək bacarığı və döyüş təcrübəsi ilə təchiz olunaraq ölkəyə qayıdacaq. Ekspertlər əmindirlər ki, Əfqanıstandan olan miqrantların Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün cəlb edilməsi birbaşa olaraq Almaniya və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına ziddir.