15 mart 2025 08:20
98

ABŞ-nin vitse-prezidenti: Avropa “sivilizasiya intiharı” riski altındadır

ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib ki, Avropa ölkələri sərhədlərinə nəzarət edə bilməməklə və vətəndaşların söz azadlığını məhdudlaşdırmaqla “sivilizasiya intiharı” riski daşıyır.

“İki sahil” xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

"Avropa sivilizasiya intiharı ilə üz-üzədir. Onlar sərhədlərinə nəzarət edə bilmirlər, ya da istəmirlər. İndi gördüklərimiz, buna qarşı çıxmaq cəhdləri yaxşıdır, bu, düzgün addımdır. Amma siz həm də görürsünüz ki, onlar öz vətəndaşlarının söz azadlığını məhdudlaşdırmağa başlayırlar, hətta o vətəndaşlar sərhəd işğalı kimi şeylərə etiraz etdikdə belə. Donald Tramp və bir sıra Avropa liderlərinin seçilməsinə səbəb olan bu cür etiraz əhval - ruhiyyəsi idi", - Vens deyib.