Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında İdarə Heyətinin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 2024-cü və cari ilin İttifaqın iş planı haqqında ətraflı məlumat verib.
Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsinin 5-ci ildönümünə həsr olunmuş müxtəlif tərkibli xor və orkestrlər üçün əsərlərin yazılması üzrə Milli Bəstəkarlıq, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar olaraq Musiqişünaslıq Müsabiqələri və Üzeyir bəylə bağlı silsilə tədbirlər haqqında İdarə Heyətinin üzvləri ilə müzakirələr aparılıb. Eyni zamanda İttifaqın növbəti tədbirləri ilə bağlı onlar da öz təklif və fikirlərini bölüşüblər.
İdarə Heyətinin iclasında gündəliyə daxil olan məsələlərdən biri də Bəstəkarlar İttifaqının katiblərinin seçilməsi idi. Bu məqsədlə Azərbaycan Bəstəkarlar İttifaqına Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova katiblər seçildilər.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub