16 mart 2025 14:14
95

FHN Dəmir yolundakı qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi ilə bağlı təlim keçirib ​- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobildən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Uğurla keçən təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.