Rəssam Nağdəli Xəlilov vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə APA-ya mərhum rəssamın nəvəsi məlumat verib.
O qeyd edib ki, Nağdəli Xəlilovun ölüm səbəbi beyinə qan sızması və oksigen çatışmazlığı olub.
O, sabah Mərdəkan qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssamın üç fərdi sərgisi keçirilib. 1988-ci ildən etibarən ümumittifaq, beynəlxalq və respublika sərgilərinin fəal iştirakçısı olub. Onun əsərləri Türkiyə, Gürcüstan, Almaniya, Amerika, Çexoslovakiya, ərəb ölkələri və Azərbaycanda nümayiş olunub. Rəssamın “Tək ağac”, “Heyva ağacı”, “Nar ağacı”, “İki ağac” mənzərələrini, “Nəsrəddin Tusi”, “Cəlaləddin Rumi”, “Şəhriyar”, “Xəstə Qasım”, “Heyran xanım”, “İrəvan xanı Hüseynxan”, “Füzuli”, “Mir Möhsün Nəvvab” portretlərini, “Qurtuluş ağacı”, “Dinin əsasları”, “İlk İslam Akademiyası”, “Adəm və Həvva”, “Kəbə”, “Mirac”, “Hicrət”, “İlk İslam həmrəyliyi” və s. tarixi janrında çəkilmiş əsərlərini qeyd etmək olar. Nağdəli Xəlilov 2009-cu ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasına müxbir üzv, 2011–ci ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib və akademik adı alıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub