18 mart 2025 21:48
96

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

"Allahdan həmkarımıza rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.