19 mart 2025 10:10
103

Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, B Liqasının VI qrupunda yer alan komanda Albaniya yığması ilə üz-üzə gələcək.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.