14 may 2025 10:29
92

İngiltərə klubunun futbolçusu komaya düşdü

"Nottingem Forest"in hücumçusu Tayvo Avoniya komaya düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Futbolçu İngiltərə Premyer Liqasının 36-cı turunun "Lester"lə matçında (2:2) cəmi 7 dəqiqə meydanda olub. Tayvo rəqiblərin qapısı çərçivəsi ilə toqquşması zamanı qarın nahiyəsindən zədə alıb. 

Klub futbolçunun bir gün əvvəl əməliyyat olunduğunu təsdiqləsə də, sonradan onun vəziyyəti ilə bağlı yenilik yaranıb. Həkimlər belə nəticəyə gəliblər ki, Avoniya tezliklə başqa bir əməliyyata ehtiyac duyacaq, çünki zədə düşünüldüyündən daha mürəkkəbdir. Avoniya hazırda komadadır. 

Qeyd edək ki, 27 yaşlı forvard bu mövsüm 32 oyun keçirib (815 dəqiqə) və 2 qol vurub.