İngiltərənin "Brayton" klubu 39 yaşlı futbolçusu Ceyms Milnerlə müqavilə müddətini uzatmaq üçün danışıqlara başlayıb.
“İki sahil” "The Athletic"ə istinadən xəbər verir ki, tərəflər gələcək planları müzakirə edib.
Təcrübəli futbolçunun həmçinin klubda qalıb məşqçi kimi çalışması ilə bağlı da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, C.Milner cari mövsüm Brayton təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb və heç nə ilə yadda qalmayıb. Komanda İngiltərə Premyer Liqasında 36 turdan sonra 9-cu pillədə qərarlaşıb.