Xalq artisti Tünzalə Ağayeva Qarabağımızın ən zəngin və dilbər güşələrindən olan Xankəndiyə yollanıb.
“İki sahil” xəbər verir ki, buna səbəb orada keçirilən konsert proqramında iştirak idi. İlaxır çərşənbəyə həsr olunan gecədə pop ulduz bir sıra hitlərini səsləndirib.
Uşaqdan-böyüyə hər kəs sevilən müğənni ilə birlikdə bütün mahnıları əzbərə söyləyib. Tünzalə Ağayevanın çıxışı böyük coşqu, izdiham və gür alqışlarla qarşılanılıb. Xalq artistinin çıxışından sonra isə pərəstişkarlar onunla birlikdə fotolar çəkdiriblər.
İlk dəfədir Xankəndiyə gedən estrada ulduzu sevincini bölüşüb: “İlaxır çərşənbəmiz, Novruzumuz xeyirli olsun. Novruz xeyir, bərəkət, sağlıq gətirsin. Bu, həyatımın ilk səfəri idi Xankəndiyə və məhz belə bir gündə burada səhnə almaq məni çox gürurlandırdı. Xankəndi, səni görmək ən böyük bayramdır”.
Qırmızılara bürünən estrada ulduzunun geyimi də böyük maraqla qarşılanılıb. Onun kardiqanı və ümumilikdə bütöv Novruz obrazı üzərində yerli dizaynerlər çalışıb. Özəl olaraq Xalq artisti üçün toxunulan bu üst geyim gözoxşayıb. Saç düzümü və makiyaj isə stilist Sabir Bağırova məxsusdur.
Tədbirdən ən rəngarəng və maraqlı görüntüləri təqdim edirik:
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub