19 mart 2025 14:47
107

Bütün zəruri addımlar atılır - Mehmet Şimşek

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşek ölkədə son günlər baş verən iqtisadi dalğalanmalar fonunda hökumətin bazarların sabit fəaliyyətini təmin etmək üçün tədbirlər gördüyünü bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

“Bazarların sağlam fəaliyyəti üçün bütün zəruri addımlar atılır. İqtisadi proqramın icrasını qətiyyətlə davam etdiririk”, - nazir vurğulayıb.

Bu açıqlama İstanbul Baş Prokurorluğunun korrupsiya, rüşvətxorluq və pulla ələ alma işi üzrə başladığı istintaq fonunda verilib. Məlumata görə, şəhər meri Əkrəm İmamoğlunun saxlanıldığı, həmçinin 100-dən çox şəxsə korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamları irəli sürüldüyü bildirilir.

Bu xəbərlərin ardından İstanbul birjasında indeks açılışda 6,87 % geriləyib, türk lirəsi isə tarixi minimumunu yeniləyib. Paralel olaraq, “X”, “YouTube”, “TikTok” və “Instagram” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.