19 mart 2025 16:36
102

Sülh sazişinin layihəsi razılaşdırılıb - Paşinyan

Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi razılaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən razılaşdırılmış sənədi imzalamağa hazıram", - o yazıb.