ABŞ lideri Donald Tramp keçmiş prezident Co Baydenin Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq bacarığının olmadığını bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Washington Examiner"ə müsahibəsində bildirib.
“Onlar ümumiyyətlə danışmadılar. Bayden danışıqlar aparmaq bacarığında deyildi"- deyə, Tramp vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, Vaşinqton və Moskva Ukrayna münaqişəsi bitdikdən sonra iqtisadi əlaqələr qura biləcəklər.
O, həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə dostluq münasibətlərini inkişaf etdirməyi planlaşdırır.