Laçın sənətkarlarından Novruz sovqatı. Builki bayramın ən kreativ suvenirləri "Bakı Abadlıq Xidməti"MMC-nin Laçında açdığı "Gilabi ceramics" Yaradıcılıq Mərkəzində hazırlanıb. Sənət adamlarının bahar ovqatlı əl işlərində Novruzun bütün atributları ilə yanaşı məşhur Qasımuşağı xalçasının ornamentləri, Laçın mənzərələri də əks olunub.
"Bakı Abadlıq Xidməti" MMC-dən "İki sahil"ə verilən məlumata görə, "Gilabi ceramics" "Bakı Abadlıq Xidməti" MMC-nin Balaxanıda həyata keçirdiyi ən maraqlı layihələrdən biridir. Laçın düşmən tapdağından azad ediləndən sonra şəhərdə quruculuq-bərpa işləri çərçivəsində "Bakı Abadlıq Xidməti" MMC tərəfindən bu uğurlu mərkəzin Laçın filialı yaradılıb. Davamlı təlimlərdən sonra laçınlı rəssamlar keramika sənətinin sirlərinə yiyələniblər. Bu il sənətkarların əl işləri sayəsində ərsəyə gələn Novruz suvenirləri Laçındakı “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinə gələn turistləri də heyran edib.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub