Mədəniyyət xəzinəmizin incilərindən olan, böyükdən kiçiyə hər kəsə xoş əhval-ruhiyyə bəxş edən Novruz bayramı ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
Azərbaycan həmkarlar ittifaqları da öz növbəsində respublikamızın bütün şəhər və rayonlarında Novruz bayramı münasibətilə uşaqlar üçün silsilə bayram şənlikləri təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirir. Bayram tədbirləri uşaqların asudə vaxtının səmərəli, mənalı və maraqlı keçirilməsi, eləcə də adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması məqsədi daşıyır.
“İki sahil” xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bayram şənliklərində şəhid övladlarının da iştirakını təmin edib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları, uşaqlarla birlikdə rəqs etmələri uşaqların hədsiz sevincinə səbəb olub. Şənliklərdə uşaqlara AHİK tərəfindən bayram hədiyyələri verilib.
Qeyd edək ki, AHİK uşaq evlərində, internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün təşkil olunan tədbirlərdə də bayram hədiyyələri paylayıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub