21 mart 2025 23:18
160

Türkiyə millisinin heyətində dəyişiklik edilib

Futbol üzrə Türkiyə millisinin heyətində dəyişiklik olub.

“İki sahil” xəbər verir ki, qapıçı Mərt Günok və yarımmüdafiəçi Yunus Akgün zədə səbəbindən düşərgəni tərk ediblər. Bunun əvəzində İtaliyanın “Palermo” komandasında çıxış edən Rayyan Baniya yığmaya cəlb olunub.

Qeyd edək ki, Türkiyə seçməsi martın 23-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanla qarşılaşacaq. Komandalar arasında ilk matç “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.