22 mart 2025 19:50
208

İmamoğlunun dindirildiyi Ədliyyə sarayı qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib

İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin də dindirildiyi Çağlayandakı Ədliyyə sarayı qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə “İki sahil” "Haber Global"a istinadla xəbər verir.

Çağlayan meydanı və Hürriyyət abidəsi ətrafındakı bəzi məntəqələr maneələrlə bağlanıb. Məhkəmə binasına avtomobillərin giriş-çıxışları bağlanıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.