23 mart 2025 09:09
184

İstanbulda etirazlara qadağa martın 27-dək uzadılıb

İstanbul Valiliyi İstanbulda nümayiş və yürüşlərə qoyulan qadağanın martın 27-dək uzadıldığını açıqlayıb.

İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumata görə, valiliyin məlumatında xatırladılır ki, valiliyin qərarı ilə 19.03.2025-23.03.2025 tarixləri arasında əyalət daxilində hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar 4 gün müddətinə qadağan edilib: “Bununla belə, əyalətimizdə əmin-amanlığı pozacaq aksiyaların təşkili ehtimalına qarşı silsilə tədbirlərin həyata keçirilməsini davam etdirməyi zəruri hesab edirik. Çünki, cinayət tərkibli əməllərin qarşısının alınması, milli təhlükəsizliyin təmin edilməsi, əsas hüquq və azadlıqların və başqalarının hüquq və azadlıqlarının müdafiəsi, ictimai asayişin və təhlükəsizliyin və ümumi ictimai asayişin bərqərar olması məqsədilə qapalı və açıq havada mitinqlərin, nümayiş yürüşlərinin, çadırların qurulmasının, tribunaların açılmasının, oturaq aksiyaların, imzatoplama kampaniyalarının, anma mərasimlərinin, habelə vərəqə asma və təbliğat-təşviqat tədbirlərinin keçirilməsinə, vilayət və rayon ərazi sərhədləri dörd gün müddətinə - 23.03.2025-ci il saat 00:01-dən 26.03.2025-ci il saat 23:59-dək qadağa qoyulması qərara alınıb.

Digər tərəfdən, vilayətimizin rayonlarından və ya ətraf vilayətlərdən vilayətimizin marşrutu ilə fərdi və ya kollektiv şəkildə qanunsuz fəaliyyətdə iştirak etmə ehtimalı olan şəxslər, qruplar və nəqliyyat vasitələrinin vilayətimizə giriş-çıxışına icazə verilməyəcək”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”