Avstriyanın Zalsburq şəhərində yerləşən Azərbaycan Evində Novruz şənliyi keçirilib.
Avstriya Azərbaycanlıları Cəmiyyətindən “İki sahil”ə bildirilib ki, tədbir Avstriyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıları bir araya gətirərək, milli dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edib.
Cəmiyyətin sədri Fərid Əzizov Novruzun əcdadlarımızdan bizə miras qalan ən qədim bayramlardan biri olduğunu, birlik, dostluq və həmrəylik rəmzi kimi xüsusi önəm daşıdığını vurğulayıb. Eyni zamanda, qürbətdə yaşayan soydaşlarımızın Vətəndən uzaqda olsalar da, milli adət-ənənələrimizi yaşadıb gələcək nəsillərə ötürməsinin vacibliyindən danışıb.
Şənlikdə Novruzun ənənəvi atributları - səməni, boyanmış yumurtalar, şamlar və xüsusi bəzədilmiş bayram süfrəsi qonaqların diqqətinə təqdim olunub. Tədbirdə iştirak edənlər üçün Novruzun əsas simvollarından olan paxlava, şəkərbura, qoğal kimi milli şirniyyatlar və Azərbaycanın zəngin mətbəxinə aid müxtəlif təamlar təqdim edilib.
Bayram tədbiri yalnız ləziz təamlarla deyil, eyni zamanda, maraqlı proqramlarla yadda qalıb. İştirakçılar üçün milli rəqslər, muğam ifaları və xalq mahnılarından ibarət möhtəşəm musiqi proqramı təşkil olunub. Gənclər və uşaqlar üçün Novruz oyunları, o cümlədən yumurta döyüşdürmə və müxtəlif əyləncəli yarışlar keçirilib. Tədbirdə çıxış edən qonaqlar Novruzun xalqımız üçün əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin soydaşlarımız arasında birliyi möhkəmləndirdiyini qeyd ediblər.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub