ABŞ-ın Virciniya ştatının Cənub Dairəsinin keçmiş prokuroru Cessika Aber öz evində ölü tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli polis "X"də məlumat yayıb.
"Zəngdən sonra hadisə yerinə gələn əməkdaşlar heç bir həyat əlaməti olmayan qadını görüblər. Polis onun kimliyini təsdiq edib. Bu, Virciniya ştatının Cənub Dairəsinin keçmiş prokuroru 43 yaşlı Cessika Aberdir", - məlumatda deyilir.
Aberin ölüm səbəbləri barədə məlumat verilmir.