23 mart 2025 13:22
189

Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var

Berlinin Şpandau rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

“İki sahil” “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, gecə saatlarında başlayan yanğın nəticəsində xəsarət alanlar var. Yanğından xilas olmaq üçün eyvandan atılan bir nəfər ağır xəsarət alıb. Həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb.

Bəzi mənzillər yaşayış üçün yararsız hala düşdüyündən sakinlər başqa yerlərdə yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.