25 mart 2025 23:10
184

ABŞ şərtlərini təqdim edib

ABŞ Suriyaya Vaşinqtonun tətbiq etdiyi sanksiyaların yumşaldılması üçün şərtlərin siyahısını təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi məhdudiyyətləri müzakirə etmək üçün Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə görüşüb. Bu, Donald Trampın prezidentliyə başlamasından bəri ilk yüksək səviyyəli təmasdır.

Agentliyin məlumatına görə, ABŞ-nin tələblərinə əcnəbi döyüşçülərin ölkədən çıxarılması və amerikalı jurnalist Ostin Tisin tapılmasına köməklik daxildir.