Qazaxıstanın Aktau şəhərində Novruz bayramı münasibətilə şəhər akimatının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının baş konsulluğu və Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni İctimai Birliyi birgə iştirak edib.
“İki sahil” xəbər verir ki, ortaq layihə çərçivəsində milli çadır qurulub, şəhər sakinləri milli yeməklərimizə, o cümlədən şəkərbura və paxlavaya qonaq edilib. Diaspor fəalları canlı musiqi ifa edib, milli geyimli gənclər qonaqlarla birlikdə rəqs ediblər. Milli çadır şəhər sakinlərinin böyük marağına səbəb olub. Tədbir iştirakçıları Azərbaycan xalqının ortaq adət-ənənələrə malik olduğunu əyani şəkildə görüblər.
Bayram tədbiri çərçivəsində Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay və vilayət rəsmiləri milli çadırı ziyarət ediblər, baş konsul Ayxan Süleymanlı və diaspor nümayəndələri ilə bayramlaşıblar.
Milli çadırı, həmçinin Türkiyənin və İranın Aktaudakı baş konsulları ziyarət ediblər və Azərbaycan milli yeməklərini dadıblar.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub