23 mart 2025 17:38
191

Yağıntılı və küləkli hava şəraiti davam edir

Ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 23-ü saat 17:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan, Yevlax, Lerik və Yardımlıda yağış yağır.

Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, Şəki və Şahbuzda isə arabir qar yağması müşahidə olunur.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 30 m/s, Göyçayda 16 m/s-dək güclənib.