24 mart 2025 00:23
193

Pakistan Əfqanıstanla sərhəddə 16 yaraqlının öldürüldüyünü açıqlayıb

Pakistan quru qoşunları Əfqanıstanla sərhəddə atışma zamanı 16 yaraqlını öldürüb.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Qoşunlarımız səmərəli fəaliyyət göstərərək bu qüvvələrin ölkə ərazisinə sızmaq cəhdlərinin qarşısını aldı”, – ordu mətbuat xidməti bildirib.

Hadisə martın 23-ü gecə Pakistan Şimali Vəziristan rayonunda (Xayber-Paxtunxva əyaləti) baş verib.

Qeyd olunub ki, atışma Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiqin ölkələr arasında münasibətləri və iqtisadi məsələləri müzakirə etmək üçün Kabilə səfəri fonunda baş verib.