24 mart 2025 00:51
197

ABŞ Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda həqiqi irəliləyiş gözləyir

Vaşinqton Səudiyyə Ərəbistanında Moskva ilə Rusiya – Ukrayna müharibəsinin tənzimlənməsi üzrə danışıqlarda həqiqi irəliləyişin əldə olunacağına ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.

“Güman edirəm, martın 24-də Səudiyyə Ərəbistanında xüsusilə Qara dənizdə atəşkəs məsələsində həqiqi irəliləyiş görünəcək”, – o qeyd edib.

Uitkoff əlavə edib ki, gələcəkdə bu razılaşmaların nəticəsi tam atəşkəs ola bilər.