Türkiyə nəhənglərindən olan "Qalatasaray" Argentinanın "Boka Xuniors" klubunun maraqlandığı Lukas Torreyraya danışıqlar aparmasını qadağan edib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu "Boka Xuniors"a keçmək istəsə də, "Qalatasaray" rəsmiləri müqaviləsi 2026-cı ildə başa çatacaq futbolçuya danışıqlar aparmamasını tapşırıblar.
Qeyd edək ki, dəyəri 13 milyon avro olan Lukas Torreyra "Qalatasaray" forması ilə ümumilikdə 119 matçda meydana çıxıb.