Ukraynada müharibə şəraitinə baxmayaraq burada yaşayan azərbaycanlılar öz tarixi ənənəsinə sahib çıxaraq Novruz bayramının təbliğini həyata keçirirlər.
“İki sahil” xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Kiyev şəhər Dövlət Administrasiyası və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə dəstəyi ilə Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı baş tutub. Festivalda Azərbaycanın zəngin mədəni irsi, ənənəvi musiqisi, rəqsləri və milli geyimləri nümayiş etdirilib. Eyni zamanda, müxtəlif xalqların musiqi və rəqs qrupları çıxış edib. Tədbir multikulturalizmin və fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşmasının vacibliyini bir daha vurğulayıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukraynanın Xalq artisti Qurban Abbasov və ukraynalı müğənni Natalya Kudyaşova tədbirdə çıxış edərək, Novruz bayramının tarixi və əhəmiyyəti barədə geniş məlumat veriblər. Çıxışlarda vurğulanıb ki, Novruz təkcə bir bayram deyil, həm də müxtəlif mədəniyyətlərin birləşdiyi bir məkandır. Belə tədbirlər Azərbaycan və Ukrayna xalqlarının həmrəyliyini, dostluğunu bir daha nümayiş etdirərək, xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verir. Ukraynada Novruz bayramı artıq illərdir ki, geniş şəkildə qeyd edilir və hər il müxtəlif millətlərin nümayəndələrini bir araya gətirərək, onların birgə bayram təntənəsi təşkil olunur. Novruz festivalında Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və xüsusilə tolerantlıq prinsipləri təbliğ olunur. Hər kəsin öz mədəniyyətini sərbəst və hörmətlə nümayiş etdirə bildiyi bu tədbir müxtəlif xalqlar arasında dostluq və qarşılıqlı hörmətin güclənməsinə böyük təsir göstərir.
Sonra iştirakçılar Azərbaycanın milli geyimləri və atributları ilə bəzədilən stendlə tanış olublar.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub