Ermənistan Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın işinə qayıtmaq niyyətində deyil.
“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ölkə parlamentinin spikeri Alen Simonyan məlumat verib.
"Xeyr, biz belə bir məsələni müzakirə etmirik", - o vurğulayıb.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk daha əvvəl jurnalistlərə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiyanın işini heç kim dayandırmayıb, hazırkı mərhələdə yatmış vəziyyətdədir.