Po (Pau) şəhərinin meri və Baş nazir Fransua Bayru “Notre-Dame de Betharram”da fiziki və cinsi zorakılıq hadisəsi ilə bağlı sorğu-sual edilib, o, bu barədə xəbəri olduğu, ancaq heç nə demədiyi üçün günahlandırılıb.
“İki sahil” xəbər verir ki, “Notre-Dame-de-Bétharram” katolik məktəbində keçmiş nəzarətçilər və keşişlər tərəfindən törədilən cinsi və fiziki zorakılıq işinə görə Baş nazir Fransua Bayru günahlandırılır. Məhz bu katolik məktəbində baş vermiş zorakılığa görə Po şəhər şurasında müxalifət partiyalarının üzvləri Fransua Bayrunu istefa verməyə çağırıblar.
Guya bu hadisədən xəbəri olmayan Fransua Bayru bunu siyasi istismar adlandırıb. Bildirib ki, bu iş siyasi liderlərə hücum etməyə imkan verir, halbuki onun bir neçə övladı məhz bu məktəbdə təhsil alıb.
Belə ciddi hadisə ilə bağlı indiyədək susmuş Baş nazir Fransua Bayrunun şurada danışmasına müxalifət partiyalarının nümayəndələri etirazla cavab verib, onun bu zorakılıqla bağlı bilərəkdən susmasına etirazlarını bildiriblər.
Müxalifət liderləri “Notre-Dam de Betharram”dakı zorakılıqları işıqlandırmağı və həqiqəti söyləməyi tələb edirlər. Həmçinin F.Bayrunun Milli Assambleya qarşısında cavab verməli olduğu bildirilib.
Qeyd edək ki, “Notre-Dame-de-Bétharram” katolik məktəbində keçmiş nəzarətçilər və keşişlər tərəfindən törədilən və 25 il gizli saxlanılmış cinsi zorakılıqla bağlı artıq yüzə yaxın şikayətin daxil olduğu bildirilir.