27 mart 2025 20:41
320

Ərdoğan Ankarada Somali Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Somalidən olan həmkarı Hasan Şeyx Mahmudla görüşüb.

“İki sahil” "TRT Haber"ə istinadla xəbər verir ki, görüş Beştəpədəki Prezident İqamətgahında baş tutub.

İclasda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat İdarəsinin direktoru İbrahim Kalın da iştirak edib.

Görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün atılacaq addımlar qiymətləndirilib.