28 mart 2025 18:26
132

72 yaşlı motosikletçini maşın vurub

Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.

Hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Report"