Bu gün Misli Premyer Liqasının 2024/25 mövsümündə sonuncu - 4-cü dövrəyə “Turan Tovuz” – “Qarabağ” yarışı ilə start götürüb.
“İki sahil”in məlumatına görə, çempionatdakı 12 günlük fasilədən start 28-ci turun açılış qarşılaşmasında hesabı ağdamlılar açıb. Belə ki, 16-cı dəqiqədə Kadi Borqes penaltini dəqiq yerinə yetirib. 30-cu dəqiqədə Aleks Souza bərabərlik qolunu vursa da 32-ci dəqiqədə Nəriman Axundzadə yenidən “Qarabağ”ı hesabda önə çıxarıb. 84-cü dəqiqədə isə Kadi Borqes özünün ikinci, komandasının 3-cü qolunu vurub.
Yarışda son nöqtəni 90+1-ci dəqiqədə Aleksey Kaşuk qoyub – 1-4.
Misli Premyer Liqası,
28-ci tur
28 mart (cümə)
19:30. “Turan Tovuz” 1–4 “Qarabağ”
Qollar: Kadi Borqes, 16 - pen. (0-1), Aleks Souza, 30 (1-1), Nəriman Axundzadə, 32 (1-2), Kadi Borqes, 84 (1-3), Aleksey Kaşuk, 90+1 (1-4)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”