01 aprel 2025 15:44
181

Kiyev Avropa İnvestisiya Bankından 100 milyon avroluq yardım gözləyir

Ukrayna infrastrukturun bərpası üçün Avropa İnvestisiya Bankından 100 milyon avro həcmində tranş alacağını gözləyir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

“Ukrayna və Avropa İnvestisiya Bankı su və kanalizasiya sistemlərinin bərpası üçün 100 milyon avro məbləğində maliyyələşdirmə barədə razılığa gəliblər”,- deyə, o, Telegram kanalında yazıb.

Şmıqalın sözlərinə görə, Avropa İnvestisiya Bankının Ukraynadakı layihələrinin ümumi portfeli təxminən 4,3 milyard avro təşkil edir.

Bundan əvvəl Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq yeni yardım paketi təklifini dəstəkləməmişdi.