30 mart 2025 22:05
177

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxt administrasiyası yanında zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargah məlumat yayıb.

Bundan əlavə, 76 nəfər itkin düşüb. İtkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Auditor İdarəsinin çökən binasının ərazisində axtarılır. Ümumilikdə bu obyektdə 11 nəfər həlak olub.

Tailand hakimiyyəti təbii fəlakət nəticəsində evləri zərər görənlərə yardım üçün 200 milyon bat (5,8 milyon dollar) fondu təsdiqləyib.