30 mart 2025 22:22
185

Basketbol üzrə Azərbaycan Kubokunu NTD qazanıb

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

“İki sahil” xəbər verir ki, final matçında NTD və "Gəncə" komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib - 81:72.

Qeyd edək ki, ötən mövsüm "Neftçi" bu titula sahib çıxıb.