ABŞ, Böyük Britaniya və Ukrayna gizli şəkildə 2024-cü ilin yayında Krım körpüsünə zərbə endirmək üçün əməliyyat planlaşdırıblar.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Krım körpüsünə hücum ATACMS raketləri və yerüstü pilotsuz təyyarələri ilə eyni vaxtda həyata keçirilməli idi.
Qəzet yazır ki, Rusiya su keçidində zərbəyə hazırlaşarkən körpünün dayaqlarının mühafizəsini gücləndirib və bu şəraitdə Kiyev hakimiyyəti yalnız raketlərlə zərbə endirməkdə israr etməyə başlayıb. Bu isə ABŞ nümayəndələrinin müqaviməti ilə üzləşib, onlar bu cür taktikaların səmərəsizliyinə işarə edərək bir müddət gözləməyi və ya zərbəni ləğv etməyi tələb ediblər.