31 mart 2025 08:03
158

Tramp Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat verib. Bildirilib ki, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq. Mənbənin sözlərinə görə, səfərin Rusiya və Ukrayna arasında atəşkəs əldə edildikdən sonra baş tutması nəzərdə tutulur.