Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ABŞ-nin adanı almayacağını bildirib.
“İki sahil” xəbər verir ki, baş nazir feysbuk səhifəsindəki paylaşımında prezident Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək niyyətinə münasibət bildirib. “Tramp bildirib ki, ABŞ Qrenlandiyanı alacaq. Bunu açıq deyim: ABŞ adanı əldə etməyəcək. Biz başqalarına aid deyilik. Gələcəyimizi özümüz təyin edirik. Dünən də belə idi, bu gün də belədir və belə də olacaq”, - deyə siyasətçi bildirib.
Nilsen vurğulayıb ki, Qrenlandiya əhalisi Amerika prezidentinin bu cür bəyanatlarından qorxmamalıdır.