Martın 30-da İsrailin hava hücumları nəticəsində Qəzza zolağının müxtəlif bölgələrində azı 64 nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Xüsusilə Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan-Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələri bombardmana məruz qalıb. Qəzza Səhiyyə Nazirliyi hələlik bu məlumatı şərh etməyib. Fələstinin “HƏMAS” hərəkatı ölənlər arasında uşaqların da olduğunu iddia edib.