ABŞ Prezidenti Donald Tramp həftəsonu Ukrayna münaqişəsinin həllində böyük irəliləyişin əldə edildiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. “Biz yaxşı həftəsonu keçirdik. Çox maraqlı hadisələr baş verdi və məncə, biz Ukrayna və Rusiya ilə bağlı çox irəliləyiş əldə etdik. Həmişə münaqişələr olur, lakin mən düşünürəm ki, onlara son qoymaqda əhəmiyyətli irəliləyiş əldə edirik. Bu, addım-addım baş verir", - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti, həmçinin qeyd edib ki, “liderlər arasında böyük nifrət var” və bunun öhdəsindən gələ biləcəklərinə əminliyini ifadə edib.