Rusiya Kiyevə silah göndərən ölkələrin Ukraynada sülhməramlı kimi fəaliyyətinə qarşıdır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Kirill Loqvinov bildirib. “Çox təəssüf ki, hətta son illərin tarixi də avropalılara heç nə öyrətmir. Onlar bu gün Kiyevi silahla təmin edən ölkələrin ordusunun Ukraynaya daxil olması ideyasının bizim üçün qəti şəkildə qəbuledilməz olduğu barədə xəbərdarlıqlara tamamilə qulaq asmırlar”, - XİN rəsmisi qeyd edib.