31 mart 2025 22:31
190

Ukraynada yayda SEÇKİ KEÇİRİLƏCƏK?

Ukrayna hakimiyyəti iyulda seçki keçirməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə BBC yayım korporasiyasının Ukrayna xidməti öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, bu məsələ ilə bağlı görüş keçirilməyib və kimsə iyulda seçkilərin təşkili ilə bağlı göstəriş almayıb.

Xatırladaq ki, martın 30-da Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən ölkədə iyulda prezident seçkilərinin keçirilə biləcəyi barədə məlumat yayıb. İddiaya görə, ötən həftə Volodimir Zelenski öz ofisinə atəşkəs əldə edildikdən sonra səsvermənin təşkili ilə bağlı işə başlamağı tapşırıb.