31 mart 2025 22:54
188

Rusiyaya atəşkəs çağırışı

G5+ ölkələri Ukraynaya yardımı artıracaq. Eyni zamanda, həmin ölkələr Rusiyanı atəşkəslə razılaşmağa məcbur etmək üçün ona qarşı yeni sanksiyalar tətbiq etməyi düşünürlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ukraynanın əsas Avropa müttəfiqlərinin xarici işlər nazirləri Madriddə keçirilən G5+ və ya Veymar+ qrupunun iclasının yekunu üzrə birgə bəyanat yayıblar.

İspaniya, Almaniya, Fransa, İtaliya, Britaniya və Polşanın yüksək səviyyəli diplomatları, eləcə də Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanı dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmağa çağırıb.

"Biz bu məsələdə aparıcı rol oynamağa hazırıq", - nazirlər öz bəyanatlarında vurğulayıblar. Ölkələr, həmçinin Ukraynaya hərbi, siyasi və humanitar dəstəyi artıracaqlarına söz veriblər.