31 mart 2025 23:15
187

Le Pen məhkəmənin qərarından şoka düşüb

Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə siyasətçinin vəkili Rodolf Bosselyu BFMTV telekanalının efirində bildirib.

Vəkilin sözlərinə görə, qalmaqallı vəziyyət yaranıb və müdafiə tərəfi boş oturmaq niyyətində deyil.

Bosselyu qeyd edib ki, Le Pen özü də məhkəmənin qərarından şoka düşüb, xüsusilə də seçkilərdə iştirak qadağası dərhal qüvvəyə minib.