31 mart 2025 23:46
184

Kralın müalicə prosesi ilə bağlı MƏLUMAT

Britaniya Kralı III Çarlz, martın 27-də xərçəng müalicəsi zamanı yaranan yan təsirlərə görə qısa müddətli xəstəxanada müşahidə altına alınmışdı.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, 76 yaşlı monarx həftəsonu evində dincəldikdən sonra bu həftə ictimai vəzifələrinə qayıdıb.

Qeyd edək ki, Bukinqem sarayının sözçüsü bu cür yan təsirlərin xərçəng müalicəsi alan xəstələr üçün qeyri-adi olmadığını və kralın ümumi müalicə prosesinin müsbət istiqamətdə davam etdiyini bildirib.