10 may 2026 02:12
83

Hantavirusun yayıldığı gəmidə olan Türkiyə vətəndaşları ölkələrinə qaytarılacaq

Hantavirusun yayıldığı "MV Hondius" gəmisindəki üç Türkiyə vətəndaşı mayın 10-da vətəninə qaytarılacaq və karantinə alınacaq.

“İki sahil” xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi bu barədə məlumat verərək vətəndaşlarda heç bir infeksiya əlaməti olmadığını qeyd edib.

"Beynəlxalq kruiz gəmisində olan və ciddi müşahidə altında qalan üç vətəndaşımız mayın 10-da ölkəmizə qaytarılacaq. Müvafiq beynəlxalq qurumlarla əlaqələndirilmiş şəkildə aparılan monitorinqlər zamanı vətəndaşlarımızda xəstəliyin heç bir simptomu və ya əlaməti müşahidə edilmədiyi müəyyən edilib. Onlar ölkəmizə gəldikləri andan etibarən karantinə yerləşdiriləcəklər və nazirliyimiz onların sağlamlıqlarını yaxından izləyəcək", - deyə nazirlikdən bildirilib.

Hantaviruslar əsasən kiçik məməliləri yoluxduran, lakin insanlara da ötürülə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxmuş şəxslər ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma ilə üzləşirlər.