Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü
Hər zaman sosial layihələrdə iştirak edən Xalq artisti Tünzalə Ağayeva bu dəfə də ənənəsinə sadiq qalıb.
“İki sahil” xəbər verir ki, pop ulduz 2 aprel “Dünya Autizm Məlumatlandırılma günü”ndə autizmli uşaqlarla görüşüb. O, qəhrəmanlarımızla birlikdə vaxt keçirib, mahnılar ifa edib. Müğənni onlarla birlikdə illər öncə Murad Ariflə birgə yaratdığı “Fərqliyəm, sizdən biriyəm” mahnısını oxuyub.
Xalq artisti səmimi görüş haqqında bunları söyləyib: “Mən artıq uzun illərdir autizmli uşaqlarla dostluq edirəm. Aytən Eynalovanın yaratdığı “Birgə və sağlam” ictimai birliyinin nəzdində autizmli uşaqların mərkəzi yaradılıb və illərdir ki, uşaqlar orada təlimlər alıb doğru yolda inkişaf edirlər. Bir səfir kimi ictimai yerlərdə olub onların sözünü, səsini çatdırmağı özümə daim borc bilmişəm və bundan sonra da bacardığım qədər onların yanında olacağam”.
Sözügedən görüntüləri təqdim edirik:
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub