Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
“İki sahil” “Report”a istinadla xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.
Mədəniyyət Nazirliyindən faktı "Report"a təsdiq ediblər.
Qeyd edək ki, Ülviyyə Bəbirova 2007-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini, 2010-cu ildə isə Bakı Musiqi Akademiyasının magistr pilləsini bitirib.
2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusu üzrə müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
O, "İrəli" İctimai Birliyində Mədəniyyət Mərkəzinin və "Azərbaycan Könüllülər" İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub